Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçirilir.
Mərkəzdən "Report"a verilən məlumata görə, imtahan kompüterlər vasitəsilə DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan şəhərində 4 nömrəli orta məktəbdə təşkil olunur. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 7 imtahan rəhbəri, 45 nəzarətçi, 7 buraxılışı rejimi əməkdaşı (mühafizə) cəlb olunub.
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS imtahanı saat 10:00-da başlanıb və 3 saat davam edib. İmtahanda 524 nəfər iştirak edib.
Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS imtahanı isə saat 16:00-da başlanıb.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda qapalı tipli tapşırıqların nəticələri ilə tanış olmaq imkanına malik olurlar.
Yekun imtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar 6 həftədən sonra elan olunacaq.
Oxşar xəbərlər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
DİM yeddi imtahan keçirib, doqquz nəfərdə telefon aşkarlanıb
Mühasiblərin diqqətinə! QEYDİYYAT BAŞLADI
Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
-
Tramp: "Audi" ABŞ-də avtomobil zavodunun inşasına 4,2 milyard dollar investisiya yatıracaq
-
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
-
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
-
"Neftçi" ev oyunuda "Turan Tovuz"a qalib gələ bilməyib
-
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub













