Bakıda Zeytun Festivalının rəsmi açılışı olub
Bakıda, Dənizkənarı Milli Parkın ərazisində keçirilən Zeytun Festivalının oktyabrın 24-də rəsmi açılışı olub.
"Report" xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Xanlar Ağalarov festivalda pavilyonlarla tanış olublar.
Pavilyonlarda müxtəlif istehsalçıların zeytun və zeytun məhsulları təqdim edilir.
Festivalın əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və dəstəklənməsi, eləcə də bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.
Oktyabrın 25-də də davam edəcək festivalda gün ərzində müxtəlif əyləncə proqramları, estrada ulduzlarının konsertləri də təşkil olunur.
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Xanlar Ağalarov: Xəzərin səviyyəsinin azalması Bakı bulvarı üçün də yeni çağırışlar yaradır
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb
-
Bakıda kafedə dava zamanı bir nəfər öldürüldü - 9 nəfər saxlanıldı - ANBAAN VİDEO
-
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
-
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
-
"Nvidia" rəhbəri Qazaxıstanı fiziki süni intellektin qlobal mərkəzinə çevirməyi təklif edib
-
İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"













