Bakıda sürücülər üçün 40 manatlıq "tələ"
Bakıda yol xətlərinin silinməsi və yenidən çəkilməsi zamanı yaranan çaşqınlıq sürücünün cərimələnməsinə səbəb olub.
Bu barədə Far.Az-in "qaynar xətti"nə müraciət edən vətəndaş Emil Hacıyev məlumat verib.
Sürücünün sözlərinə görə, "Hilton" hotelinin yanından sağa dönərkən avtobus zolağına daxil olmayıb, qaydalara uyğun olaraq ikinci zolaqla hərəkət edib və manevrini tamamlayıb. Buna baxmayaraq, ərazidəki kameralar vasitəsilə ona 40 manat məbləğində cərimə yazılıb.
E.Hacıyev bildirib ki, ərazidə yol xətlərinin bir çoxu silinib. Hər gün yeni xətləmə işləri aparıldığı üçün sürücülər hansı zolaqdan dönməli olduqlarını müəyyənləşdirməkdə çətinlik çəkirlər.
"Gündə bir xətt çəkirlər yola, biz də bilmirik haradan, necə dönək. Mənə göndərilən cərimə fotosunda köhnə xətləmə görünür, amma real olaraq yolda avtomobilin olduğu hissədə heç bir xətləmə yoxdur. Bu cərimənin ləğv olunmasını xahiş edirəm", – deyə sürücü bildirib.
E.Hacıyev avtomobilindəki videoreqistratorun qeydə aldığı görüntüləri də Far.Az-ə təqdim edib. O, cərimənin haqsız olduğunu iddia edərək ləğv edilməsini istəyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Prezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
-
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər













