Bakıda 18 saylı avtobusda qalmaqal: Sərnişinlər yıxıldı, sürücü isə kobudluq etdi
Far.Az xəbər saytı

Bakıda 18 saylı avtobusda qalmaqal: Sərnişinlər yıxıldı, sürücü isə kobudluq etdi


Bu gün səhər saatlarında Bakıda daha bir sərnişin avtobusunda insident baş verib.

Sərnişinlərin Far.Az-in "qaynar xətti"nə ünvanladıqları şikayətə əsasən, səhər saat 08:00 radələrində 18 saylı avtobus hərəkətdə olarkən sürücü qəfil əyləci basıb. Bu zaman avtobusda olan bəzi sərnişinlər yıxılaraq xəsarət alıblar.

Sahil Qurbanzadə adlı sərnişin bildirib ki, xəsarət alanlardan biri də özü olub. Onun sözlərinə görə, sərnişinlər sürücüyə iradlarını bildirsələr də, sürücü üzr istəmək əvəzinə onlarla kobud davranıb və təhqiramiz ifadələr işlədib.

Sərnişin hadisə zamanı çəkilən görüntüləri Far.Az-ə təqdim edib.

Oxşar xəbərlər

Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər