Deputat Arzuxan Əlizadənin qətldə şübhəli bilinən oğlu Əhməd məhkəməyə gətirildi
Far.Az xəbər saytı

Deputat Arzuxan Əlizadənin qətldə şübhəli bilinən oğlu Əhməd məhkəməyə gətirildi


Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirməkdə və cinayətkar birlik yaratmaqda şübhəli bilinən şəxslər məhkəməyə gətiriliblər.

BAKU.WS Real TV-yə istinadən xəbər verir ki, hakim qarşısına çıxarılan şəxslər arasında deputat Arzuxan Əlizadənin oğlu Əhməd də var.

Qeyd olunur ki, hazırda şübhəli şəxslərin ifadələri alınır.

***

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirməkdə və cinayətkar birlik yaratmaqda şübhəli bilinən şəxslər məhkəməyə gətiriliblər.

BAKU.WS Real TV-yə istinadən xəbər verir ki, hazırda iki nəfər hakim qarşısına çıxarılıb.

Qeyd olunur ki, şübhəli şəxslər Xətai Rayon Məhkəməsində ifadə verəcəklər.

Qeyd edək ki, hadisə zamanı öldürülən Ceyhun ətrafında "Ceyhun Sabunçu" adı ilə tanınıb.

Məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edib. Əhməd Əlizadə əvvəllər də işlədiyi cinayət əməllərinə görə məhkum olunub.

Deputatın oğlu da daxil olmaqla, hadisə ilə bağlı 9 nəfər müxtəlif əməllərə görə saxlanılıb. Onlardan Elmar Cəfərov və Emin Rəhimov qəsdən adam öldürməkdə şübhəli bilinirlər.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin yeni təfərrüatı
Deputat Arzuxan Əlizadənin oğlunun öldürdüyü deyilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər