Səudiyyə Ərəbistanında beynəlxalq uçuşlar bərpa olunub
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanında iki həftədən çox davam edən fasilədən sonra beynəlxalq uçuşlar bərpa edilib.
Far.Az xəbər verir ki, "Associated Press" agentliyinin məlumatına görə, Yəməndəki husilərin hücumları səbəbindən fəaliyyətini dayandıran hava limanının birinci və ikinci terminalları oktyabrın 25-dən etibarən yenidən istifadəyə verilib.
Hava limanının administrasiyasından bildirilib ki, birinci terminal daxili uçuşlara, ikinci terminal isə ölkənin milli aviaşirkətlərinin beynəlxalq reyslərinə xidmət göstərəcək.
Bu arada Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Ər-Riyad istiqamətində hərəkət edən ballistik raket və pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb.
Qeyd edək ki, oktyabrın 10-da husilərin məsuliyyətini üzərinə götürdüyü hücumdan sonra hava limanının fəaliyyəti dayandırılmışdı. Husilər isə hava limanını yenidən hədəfə ala biləcəkləri barədə xəbərdarlıq ediblər.
Oxşar xəbərlər
Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Tanınmış kardioloqlar, kardio-onkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər bir arada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
-
Tramp: "Audi" ABŞ-də avtomobil zavodunun inşasına 4,2 milyard dollar investisiya yatıracaq
-
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
-
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
-
"Neftçi" ev oyunuda "Turan Tovuz"a qalib gələ bilməyib
-
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub













