Tayvan nadir torpaq metallarının istehsalı üzrə ilk zavodu inşa etməyi planlaşdırır
Tayvan 2030-cu ilə qədər nadir torpaq metalları istehsalı üzrə ilk zavodu inşa etmək niyyətindədir.
"Report"un "Taipei Times" qəzetinə istinadən məlumatına görə, layihənin hazırlanması ilə Sənaye Texnologiyaları Tədqiqat İnstitutu məşğul olur.
Müəssisənin tikintisinin 2028-ci ilin sonuna kimi başa çatdırılması planlaşdırılır. Bundan sonra mütəxəssislər istehsal proseslərinin təkmilləşdirilməsinə başlayacaqlar.
2030-cu ilin sonuna qədər zavodun Tayvanın ehtiyaclarının təxminən 50 %-ni qarşılayaraq hər il 500 tona qədər nadir torpaq metalları istehsal etməsi gözlənilir.
İnstitutun rəhbəri Çan Peytzenin sözlərinə görə, qurumda artıq nadir torpaq metallarının istehsalı üzrə eksperimental xətt fəaliyyət göstərir, lakin onun gücü ildə cəmi 5 tona yaxındır.
O qeyd edib ki, Tayvanda nadir torpaq metallarına nisbətən kiçik tələbatın olmasına baxmayaraq, onlar bir sıra yüksək texnologiyalı istehsal sahələri üçün mühüm əhəmiyyət kəsb edir.
Çan Peytzen əlavə edib ki, adanın iqtisadi qurumları idxaldan asılılığı və ixrac məhdudiyyətləri ilə bağlı riskləri azaltmaq üçün özlərinin tədarük zəncirini formalaşdırmağa və istehsal güclərini artırmağa çalışırlar.
Oxşar xəbərlər
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Anamla atam ailə qurmağımı istəyir"
-
Neymar qırmızı vərəqə almasını irqçilik təzahürü adlandırıb
-
FIFA U-15: Azərbaycan millisi bu gün növbəti oyunlarını keçirəcək
-
"Sabah" "Qarabağ"ı qəbul edəcək
-
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb
-
Türkiyədə ağır yol qəzasında 3 nəfər ölüb, 4 nəfər yaralanıb













