Oğuzda ilk dəfə yerli etnik qrupların mədəniyyət festivalı keçirilib
Oğuz rayonunda ilk dəfə "Oğuz – etnik qrupların mədəniyyət beşiyi" adlı festival təşkil olunub.
"Far.Az"un Şimal-qərb bürosunun məlumatına görə, Oğuz rayon Mədəniyyət Mərkəzinin qarşısında keçirilən festivalın əsas məqsədi ölkədə yaşayan müxtəlif etnik qrupların zəngin mədəni irsini, milli adət-ənənələrini və sənətkarlıq nümunələrini tanıtmaq, xalqlar arasında dostluq və həmrəyliyi daha da möhkəmləndirməkdir.
Festival çərçivəsində ləzgi, udin, yəhudi, Axıska türkləri və digər xalqların mədəniyyətini əks etdirən əl işləri, milli geyimlər, mətbəx nümunələri və sənətkarlıq məhsulları nümayiş olunub. Eyni zamanda, Oğuz və Şəkidən olan sənətkarların əl işləri tanıdılıb.
Tədbirin bədii hissəsində müxtəlif musiqi nömrələri və rəqslərdən ibarət rəngarəng mədəni proqram təqdim olunub.
Oxşar xəbərlər
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Bakı bulvarında Çay Festivalı keçirilir
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
-
Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE
-
Roman Abramoviç Bakıya gəlib
-
Türkiyə Feridun Sinirlioğlunun BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürüb
-
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, 10 nəfər yaralanıb
-
Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək













