Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE
Azərbaycanda maliyyə nazirinin yeni müavini vəzifəsinə təyinat olub. Sadiq Cabir oğlu Əliyev Maliyyə Nazirliyinin rəhbər heyətində təmsil olunacaq.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyevin 30 oktyabr 2026-cı il tarixli sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib.
Yeni vəzifəyədək o, Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru kimi fəaliyyət göstərib.
Sadiq Əliyev haqqında nə məlumdur?
Sadiq Cabir oğlu Əliyev 1984-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistr təhsili alıb. Hər iki təhsil pilləsini fərqlənmə ilə bitirib.
Əmək fəaliyyətinə 2005-ci ildə özəl sektorda başlayan Sadiq Əliyev sonrakı illərdə dövlət idarəçiliyinin müxtəlif istiqamətlərində çalışıb.
2006-2019-cu illərdə Tarif (Qiymət) Şurasının Katibliyində müxtəlif rəhbər vəzifələr tutub. 2019-cu ildə İqtisadiyyat Nazirliyinin Tarif siyasəti şöbəsinin müdiri vəzifəsini icra edib.
2019-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində işləyib.
2024-cü ildə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri təyin olunan Sadiq Əliyev 2026-cı ilin yanvar ayınadək bu quruma rəhbərlik edib.
Karyerasının növbəti mərhələsində, 8 yanvar 2026-cı ildə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsinə gətirilib. Bu təyinatdan təxminən doqquz ay sonra isə maliyyə nazirinin müavini postuna yüksəlib.
Təltifləri və ictimai fəaliyyəti
Sadiq Əliyev dövlət qulluğunda fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
O, həmçinin Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) İdarə Heyətinin üzvüdür. Yeni Azərbaycan Partiyasının da üzvü olan Sadiq Əliyev ailəlidir və üç övladı var.
Beləliklə, maliyyə nazirinin yeni müavini müxtəlif illərdə tarif siyasəti, sosial müdafiə, məşğulluq və dövlət xəzinədarlığı sahələrində rəhbər vəzifələrdə çalışıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb
-
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib













