Kriştianu Ronaldunun 2008-ci ildə qazandığı "Qızıl top" mükafatı bütün dövrlərin ən yaxşısı seçilib
Kriştianu Ronaldunun 2008-ci ildə qazandığı "Qızıl top" "Bütün dövrlərin Qızıl topu" reytinqində birinci olub.
"Far.Az" xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən portuqaliyalı hücumçu azarkeşlər arasında keçirilən səsvermədə Lionel Messi və Fernando Torresi qabaqlayıb.
Reytinqdə "Qızıl top" mükafatını bir neçə dəfə qazanan futbolçular yer alıblar. Lionel Messi 8, Kriştiano Ronaldo 5, Yohan Kroyff, Mişel Platini və Marko van Basten isə hərəyə 3 dəfə bu mükafata layiq görülüblər. Alfredo Di Stefano, Frans Bekkenbauer, Kevin Kiqan, Karl-Haynts Rummenigge və Ronaldu isə hərəyə iki dəfə "Qızıl top" qazanıblar.
Qalib müəyyənləşdirilərkən futbolçunun qazandığı mükafatların ümumi sayı deyil, "Qızıl top"a layiq görüldüyü mövsümdə nümayiş etdirdiyi performans əsas götürülüb.
Qeyd edək ki, qalib azarkeşlər arasında keçirilən ödənişli onlayn səsvermə yolu ilə müəyyənləşdirilib. Bir səsin qiyməti 1 avro təşkil edib.
Oxşar xəbərlər
Messi millidən qələbə ilə ayrıldı, Ronaldunun 7 nömrəli forması əlindən alındı
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
DÇ-2026-nın ən böyük ulduzları: Ronaldo, Messi, Mbappe və digərləri
Messi taxtını qoruyacaq, yoxsa Ronaldu arzularına çatacaq? - Tarixi turnirə geri sayım başladı
Nüfuzlu mükafata layiq görülən Cim Kerri zarafatı ilə gündəm oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Sandra Kulibali Lerua: Süni intellekt əmək bazarında gender bərabərsizliyini artıra bilər
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
-
Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb













