Azərbaycan cüdoçusu İslam Rəhimov İtaliyada Avropa çempionu olub
Far.Az xəbər saytı

Azərbaycan cüdoçusu İslam Rəhimov İtaliyada Avropa çempionu olub


İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvü İslam Rəhimov qızıl medal qazanıb.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu ardıcıl olaraq Kristian Butuçini (Xorvatiya), Aleksi Renarı (Fransa) və yarımfinalda Qaqik Martirosyanı (Ukrayna) məğlub edərək finala yüksəlib.

O, həlledici görüşdə Niderland təmsilçisi Yoxem van Hartenə ipponla qalib gələrək Avropa çempionu adını qazanıb.

İslam Rəhimov bununla ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının qalibi olub. Cüdoçu 2025-ci ildə də eyni çəki dərəcəsində qızıl medala sahib çıxmış, finalda məhz Yoxem van Harteni üstələmişdi.

Qeyd edək ki, Neapolda keçirilən fərdi yarışlara 36 ölkədən 275 cüdoçu qatılıb.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - YENİLƏNİB-4
Azərbaycanın üç boksçusu finala yüksəlib, biri bürünc medala sahib olub
Avropa çempionatı: Şəfəq Həmidova bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB-12
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər