Müəllim və həkimlərin maaşları nə qədər artacaq?
Far.Az xəbər saytı

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?


"Dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin əməkhaqlarının 2027-ci ildə artırılması gözlənilir. Burada söhbət yalnız müəllim və həkimlərdən deyil, ümumilikdə büdcə təşkilatlarında çalışan əməkdaşlardan gedir".

Far.Az-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.

Onun sözlərinə görə, artımların ötən ilin göstəriciləri və müvafiq iqtisadi meyarlar əsasında indeksləşdirmə yolu ilə həyata keçirilməsi mümkündür:

"Əməkhaqqı artımlarının müəyyənləşdirilməsi zamanı dövlət büdcəsinin maliyyə imkanları, inflyasiya səviyyəsi və iqtisadi artım göstəriciləri nəzərə alınacaq. 2027-ci ilin büdcə layihəsində təhsil sahəsi üçün təxminən 5,1 milyard manat, səhiyyə sektoru üçün isə 2,1 milyard manat vəsait nəzərdə tutulub.

Hazırkı mərhələdə müəllim və həkimlərə ayrıca, digər büdcə işçilərindən fərqli artım tətbiq ediləcəyini dəqiq söyləmək çətindir. Əgər büdcə təşkilatlarında əməkhaqqı artımı ilə bağlı qərar qəbul olunarsa, ilkin yanaşmaya görə, bu artımların 2027-ci ilin əvvəlindən etibarən eyni faiz nisbətində tətbiqi mümkündür".

AQC sdəri hesab edir ki, təxminən 9-10 faizlik artım ehtimalını nəzərdən keçirmək olar:

"Lakin 2026-cı ildə bu istiqamətdə artımın olmaması nəzərə alınarsa, növbəti il üçün artım faizinin daha yüksək müəyyənləşdirilməsi də istisna edilmir. Bununla belə, konkret məbləğ və faizlə bağlı yekun qərar müvafiq dövlət qurumları tərəfindən veriləcək.

Müəllim və həkimlərin fəaliyyətinin cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını da nəzərə almaq lazımdır. Bu peşələr ölkənin insan kapitalının formalaşmasında, əhalinin sağlamlığının qorunmasında, təhsilin və maarifləndirmənin inkişafında mühüm rol oynayır. Bu səbəbdən onların əməkhaqlarının artırılması məsələsinə ayrıca yanaşılması və əlavə imkanların nəzərdən keçirilməsi də məqsədəuyğun ola bilər".

Orxan Hüseyn

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər