Misirdə yük maşınının mikroavtobusla toqquşması nəticəsində 10 nəfər ölüb
Far.Az xəbər saytı

Misirdə yük maşınının mikroavtobusla toqquşması nəticəsində 10 nəfər ölüb


Qahirənin cənubundakı Giza əyalətində (Misir) avtomagistralda yük maşınının mikroavtobusla toqquşması nəticəsində azı 10 nəfər ölüb, 24 nəfər isə yaralanıb.

"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qəzadan sonra hadisə yerinə 20 təcili tibbi yardım maşını göndərilib. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qurumun məlumatına görə, 10 yaralının vəziyyəti qeyri-sabit qiymətləndirilir, daha 14 nəfər isə yüngül və orta ağır dərəcəli xəsarətlər alıb.

Ehtimal olunur ki, qəzaya sürət həddinin aşılması və duman səbəb olub.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Misirin səfiri: Ölkələrimiz arasında əməkdaşlıq üçün böyük potensial var - MÜSAHİBƏ
Azərbaycanda ağır yol QƏZASI: İki yük maşını toqquşdu, sürücülərdən biri öldü
Misir səfiri Bakı və Qahirənin əməkdaşlığı haqqında: regional liderlik, energetika, turizm – MÜSAHİBƏ
Azərbaycanda ağır yol QƏASI: İki yük maşını toqquşdu, sürücülərdən biri öldü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər