"Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır
ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı bəzi müşavirlər hesab edirlər ki, İsrailin Baş naziri Benyamin Netanyahu və onun ifrat sağçı koalisiya tərəfdaşlarının hökumətdə təmsil olunmadığı yeni hökumətlə Vaşinqtonun Yaxın Şərq siyasətini həyata keçirməsi daha asan ola bilər.
"Report" xəbər verir ki, bu barədə "Axios" nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məqalədə qeyd olunub ki, son altı ay ərzində Trampın ətrafında Netanyahunun bir sıra regional məsələlərdəki mövqeyindən narazılıq artıb.
Belə ki, ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Qəzza zolağındakı vəziyyətin nizamlanmasına dair planın icra tempindən narazılıqlarını bildiriblər.
Trampın digər xüsusi elçisi Tom Barrak İsrailin Suriyadakı fəaliyyətindən narahatdır. Dövlət katibi Marko Rubio və onun komandası isə hesab edir ki, İsrail hakimiyyəti Livan hökumətinin möhkəmləndirilməsinə və İordan çayının qərb sahilində yəhudi köçkünlərin fələstinlilərə qarşı hücumlarının qarşısının alınmasına daha fəal töhfə verə bilər.
Seçkilər ərəfəsində dərc olunan üç böyük İsrail telekanalının sorğularına əsasən, Netanyahunun rəhbərlik etdiyi blok 120 yerlik Knessetdə təxminən 50 mandat qazana bilər. Bu, parlament çoxluğu formalaşdırmaq üçün tələb olunan 61 mandatdan xeyli azdır.
İsrail Baş Qərargahının keçmiş rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət blokunun isə 52–56 mandat əldə edə biləcəyi proqnozlaşdırılır.
Oxşar xəbərlər
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda kafedə dava zamanı bir nəfər öldürüldü - 9 nəfər saxlanıldı - ANBAAN VİDEO
-
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
-
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
-
İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"
-
Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər
-
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - ANBAAN VİDEO













