Dayıoğlu bibioğlundan şikayətçidir: "Pul lazım idi, satmışam, yaxşı eləmişəm"
Far.Az xəbər saytı

Dayıoğlu bibioğlundan şikayətçidir: "Pul lazım idi, satmışam, yaxşı eləmişəm"


Paytaxt sakini, 31 yaşlı Kamran Daşdəmirov dələduzluğa məruz qaldığını iddia edir. Onun sözlərinə görə, etibarından sui-istifadə edən şəxs bibisi oğlu Elmar Rüstəmovdur.

Far.Az Baku TV-yə istinadən xəbər verir ki, şikayətçinin iddiasına görə, qohumu gəlir əldə etmək məqsədilə ona birgə iş qurmağı təklif edib.

O, iki avtomobil alaraq birlikdə işləməyi və qazancı bölüşməyi vəd edib. Bir müddət işlər qaydasında getsə də, sonradan vəziyyət dəyişib.

Kamran Daşdəmirovun sözlərinə görə, qohumu müəyyən səbəblərdən avtomobili onun öz adına keçirməsini istəyib.

"Dedi ki, sən işləyirsən, səni polisə çağıracaqlar. Gəl, maşını mənim adıma keçir. Mən də bibim oğlu olduğuna, ona etibar etdiyimə və qohumluq əlaqələrimizə görə avtomobili onun adına keçirdim. İki ay sonra, dekabrın 2-də telefonuma bildiriş gəldi ki, avtomobil mənim adımdan çıxarılıb. Onunla əlaqə saxlayıb bunun səbəbini soruşdum. Dedi ki, pula ehtiyacı olub, maşını satıb. Hətta "Yaxşı eləmişəm, get kimə istəyirsən, şikayət et", - cavabını verdi".

Şikayətçi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib. Onun iddiasına görə, araşdırma zamanı həmin şəxslərin icra şöbəsində çoxsaylı icra sənədlərinin olduğu məlum olub. Kamran Daşdəmirov onların başqa şəxslərə də zərər vurduğunu iddia edir.

Kamran Daşdəmirovun sözlərinə görə, ona dəymiş ziyanın bir hissəsi ödənilib, lakin 1 900 manat hələ də qaytarılmayıb.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər