Peruda gözəllik kraliçasının cəsədi tapıldı: Anestezioloq həbs edildi
Peruda 35 yaşlı anestezioloq-həkim Xunior Conatan Rodriges Arista 24 yaşlı sevgilisi Şarol Abiqaill Kortes Krusu qətlə yetirməkdə şübhəli bilinərək doqquz ay müddətinə həbs edilib. Tibb bacısı kimi çalışan gənc qadın, həmçinin 2024-cü ildə regional "Miss Carnaval Utcubamba" gözəllik müsabiqəsinin qalibi olmuşdu.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, gənc qadının cansız bədəni oktyabrın 4-də Baqua-Qrande şəhərində sevgilisi ilə birlikdə yaşadıqları mənzildə aşkarlanıb. Həkim özü hüquq-mühafizə orqanlarına müraciət edərək, sevgilisini evdə ölü tapdığını bildirib.
O, ilk ifadəsində qadının intihar edə biləcəyini iddia etsə də, mərhumun ailə üzvləri bu ehtimalı qəti şəkildə rədd edərək dəqiq araşdırma aparılmasını tələb ediblər.
Nəşrin məlumatına görə, polis hadisə yerinə baxış keçirərkən fentanil, midazolam və propofol kimi güclü təsirə malik dərman vasitələri tapıb. Qızın ailəsi hesab edir ki, şübhəli şəxs peşəsindən istifadə edərək bu preparatları asanlıqla əldə edə bilib. Bununla belə, ilkin tibbi ekspertiza ölümün dəqiq səbəbini müəyyənləşdirə bilməyib.
Mərhumun yaxınlarının sözlərinə görə, cütlüyün münasibətləri dövründə qız həm fiziki, həm də psixoloji təzyiqlərə məruz qalıb. Bacısının bildirdiyinə görə, faciədən bir müddət əvvəl Şarolun bədənində göyərmələr, dişləmə izləri və qeyri-adi yuxululuq halları müşahidə olunub.
Hazırda istintaq bu iddiaları, eləcə də müşahidə kameralarının qeydlərini, telefon məlumatlarını və ekspertiza rəylərini yoxlayır. Oktyabrın 13-də məhkəmə prokurorluğun vəsatətini təmin edərək, şübhəli şəxs barəsində doqquz aylıq həbs qətimkan tədbiri seçib. Təqsirləndirilən həkimin vəkili bu qərardan şikayət verəcəyini açıqlayıb.
Oxşar xəbərlər
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Bulvarda ölkənin ən böyük gözəllik festivalı yenidən keçirildi
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
DİM yeddi imtahan keçirib, doqquz nəfərdə telefon aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
-
Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər?
-
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
-
Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi
-
Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram
-
Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır













