Məzahir Pənahov Belqradda Serbiyanın Seçki Komissiyasının rəsmiləri ilə görüşüb
Far.Az xəbər saytı

Məzahir Pənahov Belqradda Serbiyanın Seçki Komissiyasının rəsmiləri ilə görüşüb


Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Belqradda Serbiyanın Respublika Seçki Komissiyasının üzvləri ilə görüşüb.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, görüşün əsas müzakirə mövzusu oktyabrın 25-də Serbiyada baş tutacaq parlament seçkiləri olub.

Qeyd edək ki, Azərbaycan MSK-nın nümayəndə heyəti Belqrada bu gün səhər saatlarında gəlib.

Səfərin məqsədi oktyabrın 25-də Serbiyada keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək, həmçinin seçki idarəçiliyi sahəsində beynəlxalq əməkdaşlığı və təcrübə mübadiləsini genişləndirməkdir.

Nümayəndə heyətinin səfər proqramına uyğun olaraq MSK üzvləri Belqradda seçkiqabağı hazırlıq prosesi ilə tanış olacaq, oktyabrın 25-də isə seçki məntəqələrində səsvermənin təşkili və gedişini müşahidə edəcəklər.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər