Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Türkmənistanın Arkadağ şəhərində Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva ilə görüşüb.
"Far.Az" xəbər verir ki, Oğulcahan Atabayeva birgə fəaliyyət sayəsində Azərbaycan-Türkmənistan qardaşlıq münasibətlərinin iki fond səviyyəsində də dinamik inkişaf etdiyini bildirib. O, bir çox ölkədə nümayiş etdirilmiş və sabah açılışı nəzərdə tutulan MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin dərin məna daşıdığını diqqətə çatdırıb. O.Atabayevanın sözlərinə görə, incəsənət xalqları və millətləri birləşdirən universal beynəlxalq dildir. Bu sərgi yalnız mənəvi-mədəni zövq bəxş etmir, hətta ətraf mühitin mühafizəsi məsələlərinə də diqqət çəkir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iki ölkəni birləşdirən ortaq ənənələri və mədəni irsi xüsusi qeyd edib. O, hər iki ölkənin üzləşdiyi ümumi ekoloji problemlərə, o cümlədən Xəzər dənizinin səviyyəsinin enməsi məsələsinə diqqət çəkərək, MAMA "Ana təbiət" sərgisinin ictimaiyyətin diqqətini məhz bu mövzuya cəlb etmək məqsədi daşıdığını deyib. Leyla Əliyeva hər bir insanın təbiətə qarşı məsuliyyətli olmasının və birgə evimiz olan planetimizə qayğı göstərməyin vacibliyini qeyd edib. O, həmçinin su ehtiyatlarının qorunması problemlərini işıqlandıran Heydər Əliyev Fondunun "Bir damcı" layihəsini də xatırladıb.
Oxşar xəbərlər
Madriddə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı olub
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisinin açılışında iştirak ediblər
Leyla Əliyeva Budapeştdə "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib
Heydər Əliyev Fondu Çində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
-
"Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
-
Bakıda 25 yeni yol çəkiləcək - Tıxac problemi NECƏ HƏLL OLUNACAQ?
-
Bakının bu rayonunda iki gün SU OLMAYACAQ
-
"Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
-
"Bir Kredit" BOKT 2 milyon manatlıq istiqraz buraxır













