Əl-Budeyvi: Ərəb ölkələri İranla dialoqa hazırdır, lakin qarşılıqlı addımlar gözləyir
Far.Az xəbər saytı

Əl-Budeyvi: Ərəb ölkələri İranla dialoqa hazırdır, lakin qarşılıqlı addımlar gözləyir


Fars körfəzi hövzəsindəki ərəb dövlətləri İranla danışıqlara açıqdır, lakin Tehranın da qarşılıqlı addımlar atacağını gözləyirlər.

"Report" "Iran International"a istinadən xəbər verir ki, bu barədə Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyvi Bəhreyndə keçirilən IISS-in 22-ci Manama Dialoqunda bildirib.

"Körfəz dövlətləri regiondakı istənilən problemi həll etmək üçün həmişə dialoq və danışıqlara çağırıb və çağırmağa davam edirlər", - Əl-Budeyvi deyib.

Onun sözlərinə görə, birliyin altı ölkəsi İranla açıq əlaqə kanallarını, eləcə də Qərb dövlətləri, Çin, Rusiya və digər ölkələrlə tərəfdaşlıq münasibətlərini qoruyub saxlayır.

"Yeni fikir ayrılıqlarının alovlandığı bir regionda bütün tərəflərlə dialoq aparmaq bacarığı yerdə qalan azsaylı üstünlüklərdən biridir. Lakin diplomatiyaya qarşılıq verən tərəfdaşlar lazımdır", - o vurğulayıb.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
"Birliyin Gücü-2026" təlimində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər