Naxçıvanda ağır qəza: 6 nəfər xəsarət alıb
Far.Az xəbər saytı

Naxçıvanda ağır qəza: 6 nəfər xəsarət alıb


Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar - 1986-cı il təvəllüdlü Abbasova Gülay Taptıq qızı, 2017-ci il təvəllüdlü Nağıyev İsa Asəf oğlu, 2004-cü il təvəllüdlü Hacıyeva Sevinc Namiq qızı, 1985-ci il təvəllüdlü Hacıyeva Gülnar Yusif qızı, 1982-ci il təvəllüdlü Hacıyev Namiq Nəbi oğlu və 2003-cü il təvəllüdlü Nağıyev Cəmil Asəf oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Gülay Zeynallıdan FƏRQLİ TƏRZDƏ FOTOSESSİYA
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər