Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb
İspaniyanın Barselona şəhərində yanğınlar, dağıntılar və polislə toqquşmalarla müşayiət olunan kütləvi iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb.
"Far.Az"un EFE agentliyinə istinadən verdiyi məlumata görə, iğtişaşlar oktyabrın 24-ü axşam saatlarında sosial şəbəkələr vasitəsilə təşkil edilən aksiyaya yüzlərlə gəncin qatılmasından sonra başlayıb.
Əksəriyyəti qara geyimdə olan aksiya iştirakçıları barrikadalar qurub, yanğınlar törədib və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşublar.
Kataloniyanın daxili işlər departamentinin rəhbəri Nuria Parlón hadisələri pisləyib. Onun sözlərinə görə, iğtişaşlarda təxminən 500 nəfər iştirak edib, 14 obyektə ziyan dəyib.
Regional qurumun "X" sosial şəbəkəsində yaydığı məlumata əsasən, saxlanılanların təxminən 25 faizi yetkinlik yaşına çatmayanlar ola bilər.
Kataloniyanın Daxili İşlər Departamenti hadisələrin bir sıra Avropa şəhərlərində keçirilən etiraz aksiyaları ilə əlaqəli ola biləcəyini də istisna etmir.
"El Mundo" qəzetinin məlumatına görə, toqquşmalar zamanı təxminən 10 polis əməkdaşı xəsarət alıb.
Oxşar xəbərlər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
İDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
IDEA Bərdə və Beyləqanda kütləvi ağacəkmə aksiyaları təşkil edib
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
-
Tramp: "Audi" ABŞ-də avtomobil zavodunun inşasına 4,2 milyard dollar investisiya yatıracaq
-
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
-
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
-
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
-
"Neftçi" ev oyunuda "Turan Tovuz"a qalib gələ bilməyib













