Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
BAKU.WS Gununsesi.info-ya istinadla xəbər verir ki, Ramiz Mehdiyevin cinayət işi üzrə materialların araşdırması zamanı məlum olub ki, keçmiş PA rəhbəri yazdıqlarını Rusiyanın yüksəkvəzifəli şəxslərinə Sevil İsmayılova vasitəsilə çatdırırmış.
İş materiallarından aydın olur ki, Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyasına dair təklifləri əks etdirən sənəd çapı və Rusiya tərəfinə çatdırılması prosesində S.İsmayılovanın adı xüsusi olaraq çəkilir.
Ramiz Mehdiyev ifadəsində bildirib ki, hazırladığı əlyazmada Azərbaycanın son beş ildə üzləşdiyi siyasi və idarəetmə problemləri, ölkədə yaranmış vəziyyət və gələcək perspektivlər əksini tapıb.
İttiham aktında onun ifadəsindən aşağıdakı məqam yer alıb:
"Əlyazmanın məzmunu xatirimdədir, onu şəxsən özüm avqustdan təxminən bir ay öncə hazırlamağa başlamışam. Əlyazmanın çapını Sevil İsmayılovaya həvalə etdim".
Mehdiyev deyib ki, sənədin çatacağı ünvan isə Rusiyanın Xarici Kəşfiyyat Xidməti olub.
İş materiallarına əsasən, Sevil İsmayılovaya həmin əlyazmanı Narişkinə onun müavini Rəşad Kurbanov vasitəsilə çatdırmaq tapşırılıb.
Bununla yanaşı, sənədin Rusiyanın digər yüksək vəzifəli şəxslərinə də göndərilməsi nəzərdə tutulub.
Bundan başqa iş materiallarında Ramiz Mehdiyevlə Sevil İsmayılova arasında baş tutmuş telefon danışığının da təfərrüatları əksini tapıb. Sənəddə göstərilir ki, həmin danışıq zamanı Ramiz Mehdiyev hazırladığı "Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyası üzrə təklif" adlı sənədin Rəşad Kurbanova göndərilməsini istəyib.
Danışıq zamanı sənədin iki nüsxədə hazırlanması məsələsi də müzakirə olunub.
İstintaq materiallarında əksini tapan Sevil İsmayılovanın telefon danışığının mətnində işlətdiyi bu ifadə diqqət çəkir:
"Mən ona dedim ki, iki nüsxədə olacaq, biri bir nəfərə, digəri başqasına".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında mühüm faktlar açıqlanıb - "Qərbi Azərbaycanın yaddaş yerləri"
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - Cinayət işinin DETALLARI
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb













