İşğaldan azad edilmiş ərazilərdə özəl sektorun 1 300-dən artıq layihəsi icra olunur
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində özəl sektor tərəfindən 1 300-dən artıq layihə reallaşdırılır.
"Far.Az" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, ölkənin iqtisadi inkişafının əsas prioritetlərindən birini təşkil edən işğaldan azad olunmuş ərazilərin bərpası sahəsində fəaliyyətlər uğurla davam etdirilir: "Hazırda qarşıda duran əsas məqsəd Böyük Qayıdışın iqtisadi təməlini möhkəmləndirmək, istehsal həcmini və məşğulluq imkanlarını genişləndirməkdir. Ağdam və Araz Vadisi İqtisadi zonalarının sənaye parklarında 60 sahibkarlıq subyekti qeydiyyata alınıb və təqribən 3 milyard manat dəyərində məhsul buraxılışı təmin edilib. Ümumi hesabla, həmin ərazilərdə özəl sektor tərəfindən 1 300-dən çox layihə icra olunur".
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev "Zangilan City Park Hotel"in təməlini qoyub - YENİLƏNİB
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Böyük Qayıdışın ilk ünvanı olan Ağalıya növbəti köç karvanı çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
-
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır













