"Samsung" son 3 ayda Azərbaycanın planşet bazarındakı payının 19 %-dən çoxunu itirib
Far.Az xəbər saytı

"Samsung" son 3 ayda Azərbaycanın planşet bazarındakı payının 19 %-dən çoxunu itirib


Bu ilin oktyabr ayında Azərbaycanın planşet bazarında "Samsung"un payı 63,01 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, sentyabr ayına nisbətən 7,23 faiz bəndi az, 2025-ci ilin oktyabr ayının göstərici ilə müqayisədə isə 23,24 faiz bəndi çoxdur.

Onun bazar payı ardıcıl olaraq üçüncü aydır azalır (avqust-oktyabr aylarında ümumi azalma 19,4 % təşkil edib).

İkinci pillədə qərarlaşan "Apple"ın bazar payı aylıq 3,77 faiz bəndi artaraq, illik isə 13,24 faiz bəndi azalaraq 16,32 % təşkil edib.

Üçüncü pillədə qərarlaşan "Xiaomi"nin bazar payı aylıq 1,56 faiz bəndi artaraq, illik isə 6,94 faiz bəndi azalaraq 7,41 % təşkil edib.

Növbəti pillədəki adları açıqlanmayan brendlərin bazar payı aylıq 2,11 faiz bəndi artaraq, illik isə 2,45 faiz bəndi azalaraq 3,84 % olub.

Oxşar xəbərlər

Xiaomi 17T seriyasını təqdim edir: iki ölçü, bütün xətt üzrə telefoto obyektiv və Leica Live Moment
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib
HUAWEI MatePad Pro 12.2 2025 - Yeni Nəsil Premium Planşet
"Xiaomi" brendi "REDMI Note 15" seriyasını təqdim edir: "REDMI Titan Durability" etibarlılığı və flaqman imkanları
"Xiaomi" Azərbaycanın mobil cihaz bazarındakı payının 27 %-ni itirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər