"ChatGPT" Azərbaycandakı bazar payının 29 %-ni itirib
Far.Az xəbər saytı

"ChatGPT" Azərbaycandakı bazar payının 29 %-ni itirib


Oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 66,51 % təşkil edib.

"Far.Az"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, sentyabr ayına nisbətən 19,79 faiz bəndi, 2025-ci ilin oktyabr ayının göstəricisi ilə müqayisədə isə 27,04 faiz bəndi və ya 29 % azdır.

İkinci pillədəki "Google Gemini"nin bazar payı aylıq 14,75 faiz bəndi, illik isə 22,71 faiz bəndi artaraq 25,03 % təşkil edib.

Növbəti yerdə qərarlaşan "Perplexity"nin bazar payı aylıq 2,98 faiz bəndi, illik isə 3,81 faiz bəndi artaraq 5,32 % təşkil edib.

Dördüncü yerdəki "Claude"un bazar payı aylıq 1,83 faiz bəndi, illik isə 2,46 faiz bəndi artaraq 2,66 % təşkil edib.

İlk beşliyi 0,48 %-lik bazar payı ilə "Microsoft Copilot" qapayır. Onun payı aylıq 0,24 faiz bəndi artıb, illik isə 1,94 faiz bəndi azalıb.

Müxtəlif platformaların bazar payına görə AI "chatbot"larının ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

"ChatGPT" – 59,93 % (aylıq 25,62 faiz bəndi və illik 33,95 faiz bəndi az);

"Google Gemini" – 29,22 % (aylıq 18,62 faiz bəndi və illik 27,73 faiz bəndi çox);

"Perplexity" – 6,51 % (aylıq 3,9 faiz bəndi və illik 4,85 faiz bəndi çox);

"Claude" – 3,67 % (aylıq 2,71 faiz bəndi və illik 3,44 faiz bəndi çox);

"Microsoft Copilot" – 0,67 % (aylıq 0,39 faiz bəndi çox və illik 2,08 faiz bəndi az);

Mobil cihazlarda:

"ChatGPT" – 80,45 % (aylıq 10,51 faiz bəndi və illik 10,85 faiz bəndi az);

"Google Gemini" – 16,76 % (aylıq 8,33 faiz bəndi və illik 8,5 faiz bəndi çox);

"Perplexity" – 2,79 % (aylıq 2,19 faiz bəndi az və illik 2,36 faiz bəndi çox);

Planşetlərdə:

"ChatGPT" – 95,92 % (aylıq 4,08 faiz bəndi az və illik 10,21 faiz bəndi çox);

"Google Gemini" – 4,08 % (sentyabrda bazar payı olmayıb, illik 10,21 faiz bəndi az);

Oxşar xəbərlər

"ChatGPT" son iki ayda Azərbaycandakı bazar payının 10 %-ni itirib
"ChatGPT" son bir ildə Azərbaycandakı bazar payının 16 %-ni itirib
"Google Gemini"nin Azərbaycandakı bazar payı 2 ayda 5 dəfəyə yaxın azalıb
Azərbaycanda planşetlərdə "Chrome"un payı 18 % azalıb
Azərbaycanda "Chrome"un bazar payı iki ayda 8 %-dən çox azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər