Azərbaycan gələn il ərzaq buğdası ilə özünütəminetməni yüksəltməyə 30 milyon manat xərc çəkəcək
Far.Az xəbər saytı

Azərbaycan gələn il ərzaq buğdası ilə özünütəminetməni yüksəltməyə 30 milyon manat xərc çəkəcək


2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən ərzaq buğdası ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi sahəsində tədbirlərin həyata keçirilməsi məqsədilə 30,4 milyon manat vəsait ayrılacaq.

"Report" xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında müzakirə edilib.

Büdcə zərfinə əsasən, bu vəsait ölkə Prezidentinin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 19 iyul 2022-ci il tarixli fərmanı ilə Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxal olunan buğdadan asılılığın azaldılması və yeni tənzimləmə mexanizmlərinin yaradılması çərçivəsində ayrılacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər