Nazirlik: Sosial şəbəkələrdə müavinət artımları ilə bağlı paylaşılan konkret məbləğlər yekun xarakter daşımır
Yeni islahat paketi çərçivəsində artım istiqamətlərinin müəyyən edilməsi, həmçinin sosial ödənişlərin artırılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq proqnozlar və təkliflər hazırlanır.
Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
"Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, gələn il növbəti, sayca 6-cı sosial islahat paketinin icrası planlaşdırılır. Hazırda bununla bağlı hazırlıq işləri görülür. Bu gün bəzi media resurslarında və sosial şəbəkələrdə müavinət artımları ilə bağlı paylaşılan konkret məbləğlər də yekun xarakter daşımır".
Nazirlikdən bildiriblər ki, sosial ödənişlərdə artımların hansı istiqamətləri əhatə edəcəyi və dəqiq artım məbləğləri imzalanacaq müvafiq qanunvericilik aktları ilə müəyyən ediləcək.
Oxşar xəbərlər
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Kartdan-karta pul köçürənlərin DİQQƏTİNƏ - Aprelin 1-dən bu qədər pul tutulacaq
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
-
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır













