Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-ündə nöqsan aşkarlanıb
Far.Az xəbər saytı

Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-ündə nöqsan aşkarlanıb


2026-ci ilin oktyabr ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 80 aptekdə yoxlama həyata keçirilib.

AEM-dən Far.Az-ə verilən məlumata görə, bu yoxlamalardan 9-u Bakı şəhərində, 71-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 79-u planlı, 1-i plandankənar olmuşdur

Bildirilib ki, aparılmış yoxlamalar nəticəsində 24 aptekdə müxtəlif nöqsanlar aşkarlanmışdır. Bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 , 221.1 ,452.1 ,452.2 ,452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

Oxşar xəbərlər

Bakıdakı bazarlardan birində balıq kürüsü satışında ciddi nöqsanlar aşkarlanıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"8-ci km" bazarında nöqsanlar aşkarlanıb
AQTA-dan 14 keytrinq xidməti müəssisəsində yoxlama - Nöqsanlar aşkarlanıb
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər