Ukraynada mülki insanların işğal olunmuş ərazilərdən geri qaytarılması mərkəzi yaradılacaq
Far.Az xəbər saytı

Ukraynada mülki insanların işğal olunmuş ərazilərdən geri qaytarılması mərkəzi yaradılacaq


Ukraynada mülki insanların işğal olunmuş ərazilərdən geri qaytarılması mərkəzi yaradılacaq.

"Far.Az"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Ukrayna Ombudsmanı Dmitro Lubinets noyabrın 2-də Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

"Xerson vilayətində Oleşkiyə humanitar missiyanın əsas nəticəsi ondan ibarət oldu ki, bu missiya Ukraynada mülki vətəndaşların - həm Rusiya həbsxanalarında olanların, həm də müvəqqəti işğal olunmuş ərazilərdə qalanların geri qaytarılması ilə bağlı koordinasiya çatışmazlığını üzə çıxardı. Buna görə də, bu yolu keçərək və şəxsən özüm Ukrayna ombudsmanının komandası ilə, müxtəlif ölkələrdən olan həmkarlarımızla birlikdə bu təcrübəni yaşayaraq, mən qərar qəbul etdim və bu gün rəsmi olaraq bəyan edirəm ki, bizim qurumun bazasında Ukraynanın mülki vətəndaşlarının geri qaytarılması üzrə ayrıca mərkəz yaradılacaq"- deyə, Ombudsman vurğulayıb.

Oxşar xəbərlər

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Ukrayna Ombudsmanı: Oleşkidə neçə sakinin Ukraynaya qayıtmağı seçdiyini açıqlamayacağıq
Kiyevdə azərbaycanlılar raket zərbəsindən zərər görən mülklərinin bərpasına başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər