Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Furuya Tokuronu qəbul edib.
Bu barədə "Far.Az"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib.
Nazir səfiri təyinatı münasibətilə təbrik edib, diplomatik fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Yaponiya arasında mövcud əlaqələrin inkişaf etdirilməsi baxımından səfirin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Tərəflər Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivlərini, siyasi dialoqun genişləndirilməsi, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, yüksək texnologiyalar, idman, humanitar və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.
İqtisadi əməkdaşlığın genişləndirilməsi çərçivəsində Yaponiya şirkətlərinin Azərbaycanda mövcud investisiya imkanlarından, o cümlədən Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi əlverişli biznes və logistika potensialından yararlanmasının əhəmiyyəti vurğulanıb.
Azərbaycanın regionlararası nəqliyyat-logistika bağlantılarının gücləndirilməsində artan rolu, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfələr diqqətə çatdırılıb.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastrukturun qurulması, həmin ərazilərin iqtisadi potensialının reallaşdırılması və dayanıqlı inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. Ərazilərin minalarla geniş şəkildə çirkləndirilməsinin bərpa prosesinə, mülki əhalinin təhlükəsizliyinə və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına yaratdığı ciddi maneələr diqqətə çatdırılıb.
Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Fransa səfiri etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan güləşçisi Ali Tsokayev dünya çempionatında bürünc medal qazanıb
-
"Dakar-2026": Azərbaycan cüdoçusu İbrahim Talıbov qızıl medal qazanıb
-
Qafqazda ölkələrarası xüsusi tənzimləmə rejiminin tətbiqi müzakirə edilib
-
Noyabrda bəzi bürclərin maddi vəziyyətində ciddi yaxşılaşma gözlənilir
-
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib













