Zelenski: Krım da daxil, torpaqlarımızın Rusiyaya aid olduğunu qəbul edə bilmərik
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Rusiyanın nəzarətində olan torpaqlardan imtina edilməyəcəyini bildirib.
"Report" xəbər verir ki, o bu barədə Türkiyəyə səfər zamanı "CNN Türk"ə müsahibədə vurğulayıb.
"Rusiyanın müvəqqəti işğalı altında olan Krım da daxil olmaqla, şərqdəki torpaqlarımızın Rusiyaya aid olduğunu qəbul edə bilmərik. Bu, bizim qürurumuza, cəmiyyətimizin iradəsinə və konstitusiyamıza ziddir.
Rusiya bunu istəyir və bunu müxtəlif vasitəçilər üzərindən bizə çatdırmağa çalışır. Ancaq bu sağlam və məntiqli bir yanaşma deyil. Bu səbəbdən prioritetimiz; mövcud cəbhə xəttində atəşkəsin təmin edilməsi və sonrasında digər mövzuların danışılmasıdır", - Ukrayna Prezidenti deyib.
Onun sözlərinə görə, Ukrayna-Rusiya sülh prosesi çərçivəsində nəzərdə tutulan görüşün gündəliyində enerji, dəniz atəşkəsləri və əsir mübadilələri kimi mövzular olacaq.
Liderlər sammitindəki əsas gündəm isə qeyd-şərtsiz, tam atəşkəsin təmin edilməsi və bunun güclü bir izləmə mexanizmi ilə nəzarətdə saxlanılmasıdır: "Bu, sülhə gedən diplomatik bir addım olacaq.
Atəşkəsə nail olmaq bir məsələdir. Sonrasında bunu necə izləyəcəyiniz, necə nəzarət edəcəyiniz və kimlərin nəzarət edəcəyi ayrı bir məsələdir. Daha sonra isə müharibənin sonuna aparacaq yol xəritəsi gəlir.
Təhlükəsizlik zəmanətləri də çox önəmlidir. Son zamanlarda Rusiya da təhlükəsizlik zəmanətləri istədiyini ifadə edir. Halbuki hücuma məruz qalan bizik. Təhlükəsizlik zəmanətlərinə ehtiyac duyan tərəf bizik. Ancaq Rusiya da bunu gündəmə gətirir. O zaman hər kəs bunu danışmağa hazırdır".
Xatırladaq ki, Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Türkiyədə görüşməyə hazır olduğunu da açıqlayıb.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə çaqqal qadına hücum etdi
-
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
-
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
-
Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb
-
ABŞ Moskvada terror aktına hazırlıq barədə Rusiyaya məlumat ötürüb
-
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur













