Aytən Səfərova: "Bizimkilər "Trendyol"a qoşulandan "zayı" çıxdı"
Far.Az xəbər saytı

Aytən Səfərova: "Bizimkilər "Trendyol"a qoşulandan "zayı" çıxdı"


Aparıcı Aytən Səfərova "Trendyol"un Azərbaycan bölməsindən şikayət edib.

BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, aparıcı bu barədə "Xəbər ertəsi" proqramında danışıb. O, platformadan sifariş etdiyi məhsulların keyfiyyətindən narazı qaldığını bildirib:

"Türkiyənin böyük bir alış-veriş platforması var. Mən oradan köynək sifariş etdim və çox təəssüfləndim. Bir neçə dəfə müxtəlif məhsullar aldım. Düşündüm ki, bəlkə, ilk dəfə belə halla qarşılaşmışam. Amma gördüm ki, orada da dələduzluğa keçənlər var. Məhsulların keyfiyyəti gözlədiyim kimi deyil.

Məsələn, Çin saytlarında biz bilirik ki, orijinal məhsulların şəkillərini qoyurlar. Amma bilirsən ki, keyfiyyətsiz bir paltar olacaq. Çox vaxt belə olur. Yəni gözlədiyinlə reallıq bir az başqa olur. Türkiyənin onlayn alış-veriş platformasında kifayət qədər yaxşı məhsullar var, ona çoxlu pul lazımdır. Amma bu sənə Çin üsulu ilə ediləndə, xoş olmur. Yaxşı başlamışdı. Nə vaxt ki, "Trendyol"a bizimkilər qoşuldu, "zayı" çıxdı".

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Trendyol "INmerge" İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır
Bakıda insanlara qurulan "ölüm tələsi" - Vətəndaşları kimlər narazı salır?
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Adriana Lima və Alessandra Ambrosio Trendyol ilə əməkdaşlığa başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər