Çevik Reaksiya Qüvvələri Sudanın şərqində enerji obyektlərinə dronlarla hücum edib
Far.Az xəbər saytı

Çevik Reaksiya Qüvvələri Sudanın şərqində enerji obyektlərinə dronlarla hücum edib


Çevik Reaksiya Qüvvələri Sudanın şərqindəki Haya şəhərində elektrik yarımstansiyasına və neft nasos stansiyasına dronlarla hücum edib.

"Far.Az"un məlumatına görə, bu barədə "Sudan Tribune" yerli mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, bir gün əvvəl baş verən hücumlar nəticəsində elektrik obyektlərinə ziyan dəyib və yanğın başlayıb.

Neft obyektinin Cənubi Sudandan Qırmızı dəniz sahilindəki (ölkənin şərqində) Başayer limanına xam neft nəql edən boru kəmərinin bir hissəsi olduğu bildirilir. Bundan əlavə, tikintisi son mərhələdə olan Haya elektrik yarımstansiyasına dron zərbəsi endirilib. Obyekt Port-Sudanın enerji təchizatını yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdu.

Bu, son üç gündə Hayadakı enerji infrastrukturunun hədəfə alındığı ikinci haldır.

Bundan əvvəl Qedaref, Xartum, Əl-Qəzira, Qırmızı dəniz, Sennar, Ağ Nil və Cənubi Kordofan ştatlarında 13 elektrik paylama stansiyası ciddi ziyan görüb və bu da genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub.

Oxşar xəbərlər

BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Yeni "McDonald"s" restoranı "Port Baku Mall"un qarşısında fəaliyyətə başlayıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər