Lamin Yamalın atası hava limanında ofisiant qadının üzünə tüpürüb
Far.Az xəbər saytı

Lamin Yamalın atası hava limanında ofisiant qadının üzünə tüpürüb


"Barselona"nın və İspaniya millisinin futbolçusu Lamin Yamalın atası Munir Nasraui Barselonanın hava limanında insident törədib.

BAKU.WS xəbər verir ki, bu barədə İspaniyanın "El Espanol" nəşri məlumat yayıb.

Hadisə hava limanındakı kafelərdən birində baş verib. Bildirilir ki, Nasraui gödəkçəsini uyğun olmayan yerə qoyub. Ofisiant qadın ona irad bildirdikdən sonra tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı futbolçunun atasının qadının üzünə tüpürdüyü iddia olunur.

Hadisəyə şahid olan müştərilərdən biri ofisiant qadını müdafiə etməyə çalışıb. Bu zaman Nasraui həmin şəxsə də hücum edib. O, stul götürərək kişiyə tərəf atmağa cəhd göstərib.

Qeyd edək ki, oktyabrın 27-də 19 yaşlı Lamin Yamal ardıcıl üçüncü dəfə ilin ən yaxşı gənc futbolçusu seçilib. Bununla belə, o, "Qızıl top" uğrunda mübarizədə Harri Keyn və Kilian Mbappedən geri qalıb. Məlumata görə, mükafatın qalibi Harri Keyn olub.

"Qızıl top" Fransanın "France Football" jurnalının təşkil etdiyi və ilin ən yaxşı futbolçusuna təqdim olunan nüfuzlu fərdi mükafatdır. 1956-cı ildən təqdim edilən mükafatın rekordçusu səkkiz dəfə bu titula sahib çıxan Lionel Messidir. 2025-ci ildə isə mükafatı PSJ və Fransa millisinin futbolçusu Usman Dembele qazanıb.

Oxşar xəbərlər

Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı
Lamin Yamal 19 yaşını belə qeyd etdi
Abşeronda yerləşən kafelərdən birində saxta spirtli içkilər aşkarlanıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər