Azərbaycanlı professor vəfat edib
Far.Az xəbər saytı

Azərbaycanlı professor vəfat edib


Kimya elmləri doktoru, professor Müslüm Əhməd oğlu Qurbanov dünyasını dəyişib.

Far.Az oxu.az-a istinadən xəbər verir ki, alimin ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Müslüm Qurbanov 1951-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. O, Ağalıkənd kənd orta məktəbini bitirib.

Elmi fəaliyyətini kimya sahəsinə həsr edən Müslüm Qurbanov 2013-cü ildə "Nüvə kimyası" ixtisası üzrə professor elmi adına layiq görülüb.

Alimin elmi rəhbərliyi ilə 8 nəfər fəlsəfə doktoru, 2 nəfər isə elmlər doktoru alimlik dərəcəsi alıb. O, nüvə kimyası sahəsində çoxsaylı monoqrafiya, kitab və elmi əsərlərin müəllifidir.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər