Kulturoloq Fuad Məmmədovun 80 yaşı tamam olur
Bu gün kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru Fuad Teyyub oğlu Məmmədov 80 illik yubileyini qeyd edir.
"Far.Az" xəbər verir ki, Fuad Məmmədov 28 oktyabr 1946-cı ildə Bakıda anadan olub.
O, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, "Simurq" beynəlxalq kulturoloji jurnalın (Dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəri problemləri) təsisçisi və baş redaktoru, Beynəlxalq Humanitar "Avropa-Asiya" Akademiyasının vittse-prezidenti, Qeyri-Hökumət Təçkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, Azərbaycan Zadəganlar məclisinin üzvü, Bakı şəhəri Yasamal rayonunun Ağsaqqallar şurasının sədridir.
F.Məmmədov Azərbaycan elmində yeni istiqamət olan Azərbaycan kulturologiyasının yaradıcısıdır. 300-dən artıq elmi əsərin və konsepsiyaların, o cümlədən beynəlxalq aləmdə tanınan monoqrafiyaların və dərs vəsaitlərinin müəllifidir.
Kulturoloq Rusiya, ABŞ, Almaniya, Norveç, Fransa, Belçika, Cənubi Koreya, Tailand, Misir, Yunanıstan, Türkiyə, İran, Kosta-Rika, Rumıniya, Macarıstan, Hindistan və digər ölkələrdə beynəlxalq forumlarda, cəmiyyətlərdə və səfirliklərdə məruzələr və tezislərlə çıxış edib.
Onun 1991-ci ildə Kosta-Rikada çıxışları sayəsində bu Mərkəzi Amerika dövləti Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Onun monoqrafiyalarının bəziləri Rusiyanın, ABŞ-ın, Almaniyanın, Birləşmiş Krallığın, Yaponiyanın, Çinin, Avstriyanın, Estoniyanın və başqa ölkələrin, həmçinin BMT, YUNESKO, Roma Klubu, ABŞ Konqresinin kitabxanalarına göndərilib.
Professorun kulturologiya elminin, təhsil və maarifləndirmənin inkişafına verdiyi töhfə "Humay", "İntellekt" mükafatları, Mədəniyyət Nazirliyinin, Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Agentliyinin, Ombudsmanın, Azərbaycan Respublikasının Mədəniyyət İşçilərinin Həmkərlar İttifaqının fəxri fərmanları, diplomları və döş nişanları, "Sülh səfiri", "Mədəniyyət səfiri", "Sülh Mədəniyyəti İnstitutunun (YUNESKO) fəxri prezidenti" fəxri adları, milli və beynəlxalq təşkilatların digər mükafatları ilə qeyd olunub.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Məktəblərdə ilk dərs günü həyəcanı - FOTOREPORTAJ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı?
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb













