Zaur Fətizadə: "Qanunvericiliyimiz beynəlxalq standartlara 90-95 % uyğundur"
Azərbaycanın qanunvericiliyi beynəlxalq standartlara 90-95 % uyğunluq nümayiş etdirir.
"Far.Az" xəbər verir ki, bunu Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" Konfransında bildirib.
"Azərbaycanda maliyyə sahəsinin inkişaf etdirilməsi istiqamətində mühüm nəticələr əldə olunub, ölkədaxili və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün müvafiq tədbirlər həyata keçirilib. Əldə edilən bu uğurlar nəticəsində respublikamız beynəlxalq qiymətləndirmə çərçivəsində 91 % nəticə göstərib, qanunvericiliyin beynəlxalq standartlara uyğunluğu isə 90-95 % səviyyəsində qiymətləndirilib. Bu nəticələrlə yanaşı, qarşıda duran əsas vəzifələrdən biri mövcud mexanizmlərin tətbiqinin effektivliyini daha da artırmaqdır. Məhz bu baxımdan, konfransın mövzusu həm bu günün reallıqları, həm də gələcək illər üçün xüsusi aktuallıq və əhəmiyyət daşıyır", - o qeyd edib.
Onun sözlərinə görə, maliyyə inklüzivliyi ilə maliyyə təhlükəsizliyi arasında balans qorunmalıdır: "2022–2026-cı illər üzrə Azərbaycan mikromaliyyə modeli və strateji çərçivəsi, makro və mikromaliyyə sektorunun son inkişafı, maliyyə əlçatanlığının təmin edilməsi, eləcə də cari ildə təsdiqlənmiş Maliyyə inklüzivliyi strategiyası maliyyə xidmətlərinin əlçatanlığının artırılması üçün yeni imkanlar yaradıb. Hesab edirəm ki, konfransda maliyyə inklüzivliyi, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tələbləri arasında əlaqə xüsusi diqqət mərkəzində olmalıdır. İlk növbədə, sektorun təhlükəsizlik riskləri düzgün müəyyən olunmalı, maliyyə xidmətlərinin əlçatanlığı təmin edilməli və inklüzivlik sahəsindəki boşluqlar aradan qaldırılmalıdır. Sektor institutları arasında əməkdaşlıq gücləndirilməlidir".
Xidmət rəisi əlavə edib ki, digər mühüm istiqamət rəqəmsal transformasiyadır: "Yeni innovativ və müasir analitik texnologiyalar riskləri daha sürətli aşkarlamağa imkan yaratsa da, kibertəhlükəsizlik, məlumatların qorunması və texnoloji risklərin idarə edilməsi məsələləri də olduqca aktualdır. Bu baxımdan, innovasiyalar adekvat nəzarət və təhlükəsizlik mexanizmlərlə müşayiət olunmalıdır. Qeyd olunan amillər maliyyə sektorunun uzunmüddətli inkişafının və investisiya dayanıqlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə dövlət qurumları, maliyyə institutları və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir".
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı ilə Hüquq və Uyğunluq Forumu keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı?
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb













