Lula da Silva yenidən Braziliya Prezidenti seçilib - Yenilənib
Far.Az xəbər saytı

Lula da Silva yenidən Braziliya Prezidenti seçilib - Yenilənib


Braziliyanın hazırkı prezidenti Luis İnasio Lula da Silva prezident seçkilərinin ikinci turunda qalib gəlib.

"Far.Az" xəbər verir ki, bunu protokolların 97,69 %-nin işlənməsindən sonra Braziliyanın Ali Seçki Məhkəməsinin məlumatları təsdiq edir.

Səslərin sayılmasının bu mərhələsində hazırkı prezidentin qələbəsi riyazi cəhətdən təmin olunub.

Seçki komissiyasının məlumatlarına görə, solçu İşçilər Partiyasının lideri Lula da Silva səslərin 51,74 %-ni toplayır. Onun rəqibi, sağçı müxalifəti təmsil edən senator Flavio Bolsonaru isə 48,26 % alır.

Beləliklə, Bolsonaru hətta qalan səslər sayıldıqdan sonra belə hazırkı prezidentlə arasındakı fərqi azalda bilməyəcək.

Lula da Silva Braziliyanın müasir tarixində birinci turda rəqibindən geri qaldıqdan sonra prezident seçkilərində qalib gəlməyi bacaran ilk siyasətçi olub.

Onun yeni prezidentlik müddəti 2027-ci il yanvarın 1-də başlayacaq.

Braziliyanın hazırkı prezidenti Luis İnasio Lula da Silva prezident seçkilərinin ikinci turunda rəqibi Flavio Bolsonaro ilə aradakı fərqi artıraraq liderliyini qoruyur.

"Far.Az" Braziliyanın "Blog do BG" portalına istinadən xəbər verir ki, protokolların 80,02 %-i işləndikdən sonra Lula da Silva səslərin 51,27 %-ni, sağ müxalifəti təmsil edən senator Flavio Bolsonaru isə 48,73 %-ni toplayıb.

Beləliklə, hazırkı prezidentin üstünlüyü 2,54 faiz bəndi təşkil edir.

Səslərin sayılması davam edir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər