SOCAR-ın təşkilatçılığı ilə Hüquq və Uyğunluq Forumu keçirilib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə ilk Hüquq və Uyğunluq Forumu keçirilib.
Far.Az şirkətə istinadən xəbər verir ki, SOCAR Qrupun müxtəlif ölkələrdə fəaliyyət göstərən hüquq və uyğunluq üzrə mütəxəssislərinin, habelə aparıcı beynəlxalq hüquq şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən Forum bilik və təcrübə mübadiləsi aparmaq, bu xüsusda yeni yaranan hüquqi riskləri müzakirə etmək məqsədi daşıyıb.
Hüquq və Uyğunluq Forumu çərçivəsində "Beynəlxalq arbitraj mübahisələri", "Korrupsiya və qlobal enerji sektoru", "Biznes mühitində hüquqi çətinliklər" mövzularında panel müzakirələri aparılıb.
Müzakirələrdə digər ölkələrdə çalışan SOCAR Qrup müəssisələri arasında vahid komanda ruhunun gücləndirilməsi və sürətlə dəyişən qlobal mühitin çağırışlarına cavab vermək üçün əməkdaşlıq prinsiplərinin mühüm əhəmiyyətə malik olduğu qeyd edilib.
Tədbirdə, SOCAR-ın Qrup üzrə fəaliyyətində uyğunluq mədəniyyətinin təbliği çərçivəsində hüquqi tələblər, etik dəyərlər, şəffaflıq və ən yüksək idarəetmə standartlarını rəhbər tutduğu bir daha vurğulanıb. SOCAR tərəfindən bu cür hüquq və uyğunluq forumlarının illik əsaslarla keçirilməsi planlaşdırılır.
Qalereya
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Regional sülh, əməkdaşlıq və Qarabağın dirçəlişinə strateji baxış" mövzusunda forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
-
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib
-
"Time" jurnalı 2026-cı ilin ən nüfuzlu şirkətlərinin siyahısını tərtib edib













