Azərbaycanda gələn il orta pensiyanın 640 manat olacağı gözlənilir
Bu il Azərbaycanda orta pensiyanın 595 manat, gələn il isə bundan 45 manat çox - 640 manat olacağı gözlənilir.
"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə keçirilən iclasda - "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Əvvəlki illərdə olduğu kimi cari və növbəti ildə də orta aylıq pensiyanın orta aylıq əmək haqqının 50 %-dən az olmaması qorunacaq. Bununla da, pensiyalar Beynəlxalq Əmək Təşkilatının sosial təminatın 40 %-lik minimum norması haqqında müvafiq konvensiyasına cavab verəcək", - deyə o qeyd edib.
Bundan başqa, deputat deyib ki, 2019-cu ildən başlayaraq əmək pensiyalarının minimum məbləği ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu üstələyib: "Bu meyar gələn ildə də qüvvədə olacaq".
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
Gələn il pensiya və müavinətlər artırılacaq? - RƏSMİ CAVAB
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam













