Türk Dünyası Kino Zirvəsində Azərbaycanın kino sənayesi geniş şəkildə nümayiş etdirilib
Far.Az xəbər saytı

Türk Dünyası Kino Zirvəsində Azərbaycanın kino sənayesi geniş şəkildə nümayiş etdirilib


Türk Dünyası Kino Zirvəsində Azərbaycanın kinematoqrafiya sahəsi əhatəli şəkildə təqdim edilib.

"Far.Az"un İstanbula ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir VI "Korkut Ata" Türk Dünyası Film Festivalının proqramı çərçivəsində keçirilib.

Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən, Kino Agentliyi yanında fəaliyyət göstərən Nizami Kino Mərkəzinin direktoru Turan Məmmədli son üç il ərzində ölkədə kino sənayesinin inkişafı yolunda həyata keçirilən tədbirlər haqqında geniş məlumat təqdim edib.

Təqdimatda bildirilib ki, Kino Agentliyi 2023–2026-cı illər ərzində ümumilikdə 130 film layihəsinə maliyyə dəstəyi göstərib:

"Bu layihələrdən 73-nün istehsalı başa çatdırılıb, 57 filmin isə çəkilişi və istehsal mərhələsi hələ də davam edir. Dəstəklənən layihələr arasında bədii, animasiya və sənədli filmlər, həmçinin ssenari hazırlığı mərhələsində olan işlər də mövcuddur".

Turan Məmmədli eyni zamanda Kino Agentliyinin film istehsalını stimullaşdırmaq məqsədilə təşkil etdiyi müsabiqələrə də diqqəti yönəldib:

"Bu müsabiqələr sırasında "Post-prodakşn mərhələsindəki film layihələrinə dəstək", "Dövlət dəstəyi ilə istehsal olunacaq film layihələri", "Dövlət sifarişi ilə hazırlanacaq film layihələri", eləcə də "Birgə film istehsalına dəstək" müsabiqələrini xüsusi qeyd etmək lazımdır. Həmin müsabiqələr ilin müxtəlif rüblərinə uyğun olaraq mərhələli qaydada təşkil olunur".

Təqdimat çərçivəsində Türk dünyasının beynəlxalq birgə layihələrinə də toxunulub.

Xüsusilə TÜRKSOY-un himayəsi və altı türk dövlətinin ortaq iştirakı ilə gerçəkləşdirilən, rejissor Vaqif Mustafayevin "Nasreddin Hoca" (Molla Nəsrəddin: Çətin günlərimin dostu) tammetrajlı bədii filminin kinematoqrafik əməkdaşlığın uğurlu təzahürü olduğu xüsusi vurğulanıb.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər