Qazaxıstan "Drujba" ilə neft ixracının bərpası üçün Rusiyadan cavab gözləyir
Far.Az xəbər saytı

Qazaxıstan "Drujba" ilə neft ixracının bərpası üçün Rusiyadan cavab gözləyir


Qazaxıstan "Drujba" neft kəməri ilə ixracın bərpası ilə bağlı Rusiyaya sorğu göndərib və rəsmi cavab gözləyir.

"Far.Az" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov Astanada keçirilən mətbuat konfransında bildirib.

"Rəsmi sorğunu şəxsən mən ünvanlamışam. Qazaxıstan tərəfi Rusiya tərəfinin cavabını gözləyir", - nazir bildirib.

O, həmçinin qeyd edib ki, Qazaxıstan qeyd olunan marşrutla neft ixracını bərpa etmək üçün texniki imkana malikdir.

2025-ci ildə Qazaxıstan Almaniyanın Şvedt şəhərində yerləşən neft emalı zavoduna "Drujba" boru kəməri ilə 2,1 milyon ton neft tədarük edib. 2026-cı ildə respublika bu marşrutla təqribən 3 milyon ton neft ixrac etməyi planlaşdırırdı.

Lakin may ayından etibarən Rusiya Qazaxıstan neftinin "Drujba" sistemi vasitəsilə Almaniya istiqamətində tranzitini dayandırıb.

2026-cı ilin yanvar-aprel aylarında Qazaxıstan bu marşrutla Almaniyaya 1,02 milyon ton neft ixrac edib. Daha əvvəl Akkenjenov sentyabr, oktyabr və noyabr aylarında "Drujba" kəməri ilə tədarükün bərpa olunmayacağını bildirmişdi.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər