APRM: Afrika süni intellektin tətbiqi üçün əsas problemləri həll etməlidir
Far.Az xəbər saytı

APRM: Afrika süni intellektin tətbiqi üçün əsas problemləri həll etməlidir


Süni intellektin inkişafının açdığı imkanlardan istifadə etmək üçün Afrika ölkələri təhsil, mənzillə təminat və yoxsulluqla mübarizə sahələrindəki fundamental problemləri həll etməlidir.

"Report" xəbər verir ki, bu barədə Afrika İttifaqının Afrika Kollegial Qiymətləndirmə Mexanizminin (APRM) Kontinental Katibliyinin baş direktoru, səfir Mari-Antuanett Rouz Kvatr "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" adlı beynəlxalq tədbirdə bildirib.

Onun sözlərinə görə, yaxın 14 ildə Afrika inkişaf templərini sürətləndirməli, səmərəliliyi artırmalı və problemlərin müzakirəsindən həll yollarının praktiki reallaşdırılmasına keçməlidir.

M.A.R.Kvatr bildirib ki, qarşıdakı 14 il ərzində Afrika inkişaf templərini sürətləndirməli, səmərəliliyi artırmalı və problemlərin müzakirəsindən həllərin praktiki icrasına keçməlidir.

APRM katibliyinin rəhbəri vurğulayıb ki, Afrika ölkələri qarşıya qoyulmuş inkişaf hədəflərindən geri qalmaqda davam edirlər. O, səbəblər sırasında müstəmləkə irsini, qlobal dəyər zəncirlərinə zəif inteqrasiyanı, eləcə də yürüdülən siyasətdəki səhvləri göstərib.

"Hesab edirəm ki, məhz yürüdülən siyasətdəki səhvlərə görə biz qarşıya qoyulan hədəflərə çata bilmədik. Biz bu məsələni açıq şəkildə müzakirə etməliyik", - o bildirib.

Mari-Antuanett Rouz Kvatr həmçinin narahatlığını ifadə edib ki, əgər Afrika mövcud fundamental problemləri aradan qaldırmasa, texnoloji tərəqqi, xüsusən də süni intellektin inkişafı ilə bağlı imkanları yenidən əldən verə bilər.

O əlavə edib ki, texnoloji dəyişikliklərə hazırlaşmaq üçün təhsilin ümumi əlçatanlığını təmin etmək və gələcəyin çağırışlarına hazır olan bir nəslin formalaşmasına şərait yaratmaq lazımdır.

Oxşar xəbərlər

DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər