Ərdoğan 8 Noyabrda Azərbaycana gəlməyi planlaşdırır
Far.Az xəbər saytı

Ərdoğan 8 Noyabrda Azərbaycana gəlməyi planlaşdırır


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi nəzərdə tutduğunu açıqlayıb.

BAKU.WS xəbər verir ki, Türkiyə lideri bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Ərdoğan bildirib ki, gözlənilməz hər hansı vəziyyət yaranmasa, noyabrın 8-də Azərbaycana gəlməyi planlaşdırır.

"Fövqəladə bir vəziyyət yaranmasa, 8 noyabrda Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq", – deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin klassik diplomatik təmasların çox fövqündə olduğunu vurğulayıb:

"İki ölkənin qırılmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və İnşallah, gələcəyimizin məhsuludur. Türkiyə-Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur".

***12:31

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.

Oxşar xəbərlər

Bakıda Zəfər muzeyinin açılışı olub
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər
Naxçıvanda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid məzarları ziyarət edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər