Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Far.Az xəbər saytı

Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi


Ev təsərrüfatlarının uçotu zamanı şəxslərin fərdi identifikasiya nömrəsi, vətəndaşlığı, yaşayış yeri üzrə qeydiyyatı və kirayə münasibətləri barədə məlumatlar da toplanacaq.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı ev təsərrüfatlarının uçotu ilə əlaqədar şəxsi hesablarda qeydlərin aparılması qaydalarında dəyişiklik edilib.

Yeni qaydalara əsasən, ev təsərrüfatı üzvlərinin fərdi identifikasiya nömrəsi (FİN) qeydə alınacaq. FİN olmadıqda bu barədə müvafiq qeyd aparılacaq.

Bundan başqa, şəxsin qohumluq əlaqəsi, cinsi, doğulduğu tarix və yer, vətəndaşlığı və milliyyəti barədə məlumatlar şəxsi hesaba daxil ediləcək.

Şəxsin yaşayış yeri ilə bağlı məlumatların qeydiyyatı da dəqiqləşdirilib. Belə ki, yaşayış yeri dedikdə şəxsin həmin ünvanda 12 ay və daha çox müddətdə yaşaması və ya ən azı 12 ay yaşamaq niyyətində olması nəzərdə tutulur.

Yeni qaydalara görə, şəxsin həmin ünvanda qeydiyyatda olub-olmaması, qeydiyyata alındığı il, qeydiyyatda olmadığı halda isə faktiki qeydiyyat ünvanı da göstəriləcək.

Bundan əlavə, yaşayış sahəsinin kirayə götürülməsi zamanı yazılı kirayə müqaviləsinin, yoxsa şifahi razılaşmanın əsas götürüldüyü barədə məlumat qeydə alınacaq.

Qeyd edək ki, dəyişikliklər ev təsərrüfatlarının uçotu zamanı toplanan məlumatların əhatəsini genişləndirir.

Oxşar xəbərlər

Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Kəsilmiş ağacın əvəzinə yeni ağac əkilib və üzərinə identifikasiya etiketi vurulub
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Verginin azaldılması kirayə bazarına necə təsir göstərəcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər