Süni intellektlə şirkət rəhbərlərini təqlid edərək 130 milyon dollarlıq dələduzluq etdilər
ABŞ-də süni intellekt vasitəsilə şirkət rəhbərlərinin və hüquqşünasların səslərini təqlid edərək müxtəlif şirkətlərdən 129 milyon dollardan çox vəsait mənimsəməkdə şübhəli bilinən üç nəfər barəsində cinayət işi açılıb.
Far.Az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
İttiham aktına əsasən, şübhəlilər 2024-cü ilin iyulundan 2026-cı ilin fevralınadək süni intellektlə şirkət rəhbərlərinin və böyük hüquq firmalarının vəkillərinin səslərini saxtalaşdırıblar.
Onlar əməkdaşları gizli maliyyə əməliyyatının aparıldığına inandıraraq pul vəsaitlərinin dünyanın müxtəlif ölkələrindəki bank hesablarına köçürülməsinə nail olublar.
Dələduzluq nəticəsində Missuri ştatındakı xəstəxana sistemindən 4,8 milyon, Rod-Aylenddəki bankdan 2,6 milyon, Kaliforniyadakı xəstəxanadan 2,9 milyon, Böyük Britaniyada yerləşən maliyyə texnologiyaları şirkətindən 11,5 milyon, Massaçusetsdəki investisiya fondundan 4,6 milyon, Floridada fəaliyyət göstərən ev heyvanları üçün yem istehsalçısından isə 5,2 milyon dollar mənimsənildiyi bildirilir.
Şübhəlilər Avropada keçirilən əməliyyatlar zamanı saxlanılıblar. 41 yaşlı Ceykob Soall İspaniyada, 54 yaşlı Şeron Hazan İspaniyada, 42 yaşlı Qay Şitrit isə İngiltərədə tutulub. Onların ABŞ-yə ekstradisiyası gözlənilir.
İttihamlar üzrə təqsirləri sübuta yetirilərsə, şübhəliləri 20 ilədək həbs cəzası gözləyir. Qeyd edək ki, Şeron Hazan 2008-ci ildə də bank dələduzluğuna görə məhkum edilib.
Oxşar xəbərlər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Tanınmış kardioloqlar, kardio-onkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər bir arada
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













