Pediatr: Payız-qış aylarında uşaqlar arasında infeksiya artımını mövsümlə əlaqələndirmək düzgün deyil
Far.Az xəbər saytı

Pediatr: Payız-qış aylarında uşaqlar arasında infeksiya artımını mövsümlə əlaqələndirmək düzgün deyil


Payız-qış aylarında uşaqlar arasında virus infeksiyaların artımını birbaşa mövsüm dəyişiklikləri ilə əlaqələndirmək o qədər də düzgün yanaşma deyil.

"Far.Az" xəbər verir ki, bunu uşaqların mövsümi xəstəliklərdən qorunması, immun sisteminin dəstəklənməsi və sağlam gündəlik rejimin formalaşdırılması ilə bağlı Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nuranə Hüseynova deyib.

Onun sözlərinə görə, mövsümi keçidlər insan orqanizminə fiziki, həm də psixoloji təsir göstərir. Həkimlər "mövsümi keçidlər" dedikdə, iki əsas payız/qış və yaz/yay fəsillərinin dəyişməsini nəzərdə tuturlar:

"Hava temperaturunun kəskin dəyişməsi, soyuğa/istiyə uyğunlaşma immun sistemini həddindən artıq yükləyir, bu da soyuqdəymə və virus xəstəliklərinin artmasına gətirib çıxarır. Uşaqların immun sistemi böyüklərə nisbətən temperatur və rütubət dəyişikliklərinə qarşı daha həssasdır. Günəş işığının artıb və ya azalması, öz növbəsində insanlarda sirkad ritmlərini (bioloji saatlar və ya bioritmlər) kobud şəkildə pozur, bu da yuxu çatışmazlığına, orqanizm üçün sistemli stressə səbəb olur.

Payız -qış aylarında uşaqlar arasında virus infeksiyaların artımı birbaşa mövsüm dəyişiklikləri ilə əlaqələndirmək o qədər də düzgün yanaşma deyil. Əsasən bağça və məktəblilər arasında bu kimi xəstəliklər daha çox yayılır. Bu da, onunla bağlıdır ki, yay fəslində havaların isti keçməsi nəticəsində virusların aktivliyi azalır və bu kateqoriyadan olan uşaqlar tətildə olur. Payız fəslində isə virusların aktivliyində yüksəliş baş verir, eyni zamanda uşaqlar bu aylarda əsasən qapalı məkanlarda və toplaşmış halda olduqlarına görə, infeksion xəstəliklərin yoluxma halları artır".

Pediatr əlavə edib ki, havaların soyuması, rütubətin artması və uşaqların məktəb/bağça kimi qapalı məkanlarda sıx təmasda olması respirator infeksiyaların və xroniki xəstəliklərin kəskinləşməsinə zəmin yaradır. KRVİ (Kəskin Respirator Virus İnfeksiyaları), qrip, "mədə qripi" adlandırılan rotavirus infeksiyası, digər respirator xəstəliklərə səbəb olan viruslardan yaranan xəstəliklər, allergik rinit, bronxitin, bronxial astmanın kəskinləşməsi, faringit, tonzillit və s. kimi xəstəliklər müşahidə oluna bilər.

"Mövsüm dəyişikliyi uşaqların maddələr mübadiləsinə birbaşa təsir edərək onların qidalanma vərdişlərini əhəmiyyətli dərəcədə dəyişir. Havalar soyuduqca, uşaq orqanizmi daxili hərarəti sabit saxlamaq üçün daha çox enerji sərf edir. Bu səbəbdən, payız və qışda uşaqların iştahı təbii olaraq artır. Günəş işığının azalması bədəndə serotonin (xoşbəxtlik hormonu) səviyyəsini aşağı salır. Uşaqlar fərqində olmadan bu balansı bərpa etmək üçün un məmulatları, şirniyyat və karbohidratla zəngin qidalara daha çox meyl göstərirlər. Yay aylarında daha çox meyvə, dondurma və soyuq mayelərə tələbat olur, soyuq aylarda bədən instinktiv olaraq isti şorbalar, püre və ətli yeməklər tələb edir", - o vurğulayıb.

Oxşar xəbərlər

FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər