Azərbaycan stolüstü tennisçiləri Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
Far.Az xəbər saytı

Azərbaycan stolüstü tennisçiləri Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar


Azərbaycan stolüstü tennisçiləri Qazaxıstanda təşkil olunan Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar.

Bu barədə "Far.Az"a Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən bildirilib.

Qadınlardan ibarət millinin baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə Ləman Abdulhəmidova, Aylin Əsgərova və Şəbnəm Mansurovadan ibarət komanda bu gün yarışın Pavlodarda keçirilən qarşılaşmalarında mübarizə aparacaqlar.

Onur Quluzadə, Adil Əhmədzadə və Rüstəm Hacılıdan ibarət heyət isə oğlanlardan ibarət yığmanın baş məşqçisi Ramil Cəfərovun rəhbərliyi altında Almatı şəhərində matçlara çıxacaq.

Yarışda Azərbaycan, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan və Türkmənistan stolüstü tennisçiləri mübarizə aparır. İki turun nəticələrinə əsasən, komandalarımız 12 kollektivin mübarizə apardığı yarışın turnir cədvəlinə başçılıq edirlər.

Qeyd edək ki, III tura noyabrın 8-də yekun vurulacaq. Sonuncu turun oyunları isə dekabrda keçiriləcək.

Oxşar xəbərlər

Tennis məşqçilərinin akkreditasiya proqramının ikinci moduluna start verilib
Stolüstü tennis üzrə Azərbaycan çempionatının qaliblərinin adına aydınlıq gəlib
ATPF Qazaxıstanda keçirilən World Tennis Baş Assambleyasında təmsil olunub
Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər