ABB-nin dəstəyi ilə bir gündə 1 250 ağac əkildi
ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak edib.
Aksiya Azərbaycanın Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış müvafiq "Anlaşma Memorandumu" əsasında təşkil olunub.
Memorandumun strateji hədəfi 2033-cü ilədək ölkə ərazisində ümumilikdə 1 000 000 ağac əkməkdir.
Aksiya Müşfiqabad qəsəbəsində meşə massivinin salınması məqsədilə ayrılmış sahədə keçirilib. Başlanğıc günündə 2 hektar ərazidə 1 250 ağac əkilib. Ağacəkmə növbəti günlərdə də davam etdiriləcək. Müvafiq qurumların, o cümlədən ABB-nin dəstəyi ilə ərazidə damla-sulama sistemi də qurulub.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Oxşar xəbərlər
Zəfər Günü ilə əlaqədar 30 mindən artıq ağac əkildi
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
"Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir













