ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb
Far.Az xəbər saytı

ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb


ABŞ hərbçiləri Oman körfəzində kommersiya gəmisini sıradan çıxarıblar.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

"CENTCOM qüvvələri noyabrın 7-də gəminin mülki heyəti xəbərdarlıqlara məhəl qoymadıqdan və İranın dəniz blokadasını yarmağa cəhd göstərdikdən sonra Oman körfəzində onu sıradan çıxarıb", – məlumatda bildirilib.

Qeyd olunub ki, Sent-Kits və Nevis bayrağı altında üzən "Huda" yük gəmisi İran limanına daxil olduqdan sonra regional sulardan çıxmağa cəhd göstərib.

Hərbçilərin bildirdiyinə görə, gəmiyə yüksək dəqiqlikli silahlarla arxa hissəsindən zərbə endirilib.

Oxşar xəbərlər

Keşlə çirkab sulardan təmizlənir
Xankəndi şəhərində hərbçilərin yürüşü başa çatıb
Azov dənizində gəmiyə dron hücumunda həlak olan Fuad Orucov Xaçmazda dəfn edilib
"FIFA Series – 2026": Azərbaycan millisinin Sent Lüsiya yığması ilə oyundan əvvəl açıq məşqi təşkil olunub
"FIFA Series – 2026": Azərbaycan millisi Sent Lüsiyanı böyük hesabla məğlub edib – YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər